MARAQLI

Cənubi Afrika milli parkında qeyri-adi görüntülər: Meymunlar bəbiri parçalamaq istədilər – VİDEO

Sharing is caring!


Cənubi Afrikanın şimalındakı Kryuqer Milli Parkında safariyə çıxan turistlər qeyri-adi mənzərənin şahidi olublar.

Onlar təəccüblə meymunların bəbirə hücum etmələrini izləyiblər və bunu lentə alıblar.

Yolun ortasında dayanan babuin meymun sürüsünə qəflətən kolların arasından bəbir hücum  edib. Əvvəlcə meymunlar qaçmağa başlayıblar, lakin dəstənin başçısı erkək meymun bəbirlə döyüşə girib.

Bu zaman qalan babuinlər də yırtıcının üzərinə hücum çəkiblər.

Onlar bəbiri dişləməyə və cırmaqlamağa başlayıblar və nəticədə qalib gəliblər. Sonda yırtıcı qaçmağa məcbur olub.

Mənbə: “Bild”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir