Dünya

Benzema Ronaldu ilə yenidən eyni klubda çıxış edə bilər

Sharing is caring!


Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema “Ən-Nəsr”lə danışıqlar prosesindədir.

Məlumata görə, Benzema “Əl-İttihad”dan narazıdır və buna görə də başqa kluba keçmək variantlarını nəzərdən keçirir.

Xatırladaq ki, Benzema ilə 2009-2018-ci illərdə “Real Madrid”də birgə çıxış edən hücumçu Kriştianu Ronaldu da hazırda “Ən-Nəsr”in formasını geyinir.

Qeyd edək ki, Benzema ötən yay azad agent kimi “Əl İttihad”a keçib. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və beş məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir