İdman

“Sabah”ın baş məşqçisi Murad Musayev: “Günahkaram”

Sharing is caring!


“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, 1:7 hesabı ilə məğlub olduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Rəqib bütün komponentlərdə bizdən üstün idi. Bu məğlubiyyətə görə heç bir bəhanə axtarmaq lazım deyil, günahkar özümüzük.

İlk hissədə özümüz rəqibə üç qol hədiyyə verdik. Ondan sonra artıq hesabın 1:5, 1:6, 1:7 olmasının fərqi yox idi.

Nicatın ikinci qola qədər zədəsinə görə həkimləri niyə çağırmadığını anlamıram. Əslində təcrübəli futbolçudur. Yerə yıxılıb həkimləri çağırmalı idi. Zədən varsa, niyə oynayırsan? Çıxmaq lazımdır.

1:7 ağır nəticədir. Buna görə yüz faiz mən günahkaram. Məşqçi mənəm, keyfiyyətə görə mən məsuliyyət daşıyıram. Amma bütün bunların öhtəsindən gəlməliyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir