Kriminal

Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb”

Sharing is caring!




“Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, polis tərəfindən 304 kiloqram heroin olmaqla ümumi 1 ton 581 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.”.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev “İctimai proseslər media müstəvisində” mövzusunda forumun “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il ərzində narkotiklərlə əlaqəli 9 855 fakt qeydə alınıb və 8 632 nəfər məsuliyyətə cəlb olunub:

“2023-cü il ərzində ümumi çəkisi 4 ton 464 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bunlardan 2 ton 727 kiloqramı marixuana, 1 ton 308 kiloqramı heroin olub. Bundan başqa 385 kiloqram psixotrop maddə olan metamfetamin dövriyyədən çıxarılıb. 2024-cü ilin ilk üç ayı ərzində isə 1 589 şəxs məsuliyyətə cəlb olunub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir