MARAQLI

Sərnişinlər və pilotlar içkili sərnişini təyyarədən sürüyüb çıxardılar – VİDEO

Sharing is caring!


Təyyarədə dava salan sərnişin əllərindən və ayaqlarından tutularaq hava gəmisindən çıxarılıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə Şotlandiyanın Qlazqo şəhərindən Türkiyənin Dalaman şəhərinə yollanan reys zamanı baş verib.

Məlumata görə, “Jet2” təyyarəsi havada olarkən sərxoş sərnişin heyət üzvləri ilə əlbəyaxa dava edib və stüardessalara təhqir yağdırıb. Nəticədə təyyarə Bolqarıstanın Sofiya şəhərində fövqəladə eniş etməli olub.

Sərnişin təyyarəni tərk etmək istəmədiyi üçün qollarından və əllərindən tutularaq təyyarədən çıxarılıb.

Baş verənlərə görə təyyarə təyinat yerinə iki saat gecikib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir