Dünya

Polşa yükdaşıyanları Ukrayna ilə sərhəddə yolu bağladılar – FOTO

Sharing is caring!


Polşa yükdaşıyan maşınları Ukrayna ilə sərhəddə Dorohusk keçid məntəqəsində etiraz əlaməti olaraq yolu bağlayıb.

Bu barədə yerli administrasiya məlumat yayıb.

Onlar tələb edirlər ki, Ukraynadan olan yükdaşıyıcılara icazələrin verilməsi sistemi bərpa edilsin. Belə ki, bu sistem müharibənin başlanmasından sonra ləğv edilib.

Qeyd olunub ki, hazırda 370-ə yaxın yük maşını Polşanı tərk etmək üçün gözləmə mövqeyindədir. Eyni zamanda Ukrayna tərəfinin qiymətləndirmələrinə görə, artıq 3200 yük maşını onlayn növbəyə yazılıb.

Nümayişçilər təhlükəli məhsullar daşıyan maşınlara üstünlük verərək saatda cəmi beş yük maşını buraxırlar.

Tətilin iyunun əvvəlinə kimi davam edəcəyi istisna edilmir.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir