İdman

Türkiyə çempionunun yeni baş məşqçisi məlum oldu

Sharing is caring!


Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Super Liqa təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, komanda xorvatiyalı Nenad Byelitsaya tapşırılıb. 51 yaşlı mütəxəssislə müddəti 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Son olaraq ölkəsində “Osiyek”i çalışdıran Byelitsa keçən ilin yayından işsiz idi.

Xatırladaq ki, “Trabzonspor” martda Abdullah Avcı ilə yolları ayırmışdı.

Qeyd edək ki, son Türkiyə çempionu bu mövsüm uğursuz çıxış edir. Komanda Super Liqada 28 oyunda 45 xal toplayıb və 6-cı pillədədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir