Dünya

Asiyanın ən yaxşı futbolçusunun adı məlum oldu

Sharing is caring!

İngiltərənin “Tottenhem” klubunun Cənubi Koreyadan olan hücumçusu Son Xın Min Asiyada 2022-ci ilin ən yaxşı oyunçusu seçilib.

Cənubi Koreya millisinin 30 yaşlı oyunçusu sorğuda 256 xal toplayıb və ardıcıl altıncı il bu mükafata layiq görülüb.

İkinci yeri 120 xalla iranlı hücumçu Mehdi Taremi ilə Səudiyyə Ərəbistanı milli komandasının üzvü Salem Əl-Dövsəri bölüşdürüblər.

Qeyd edək  ki, hər il təşkil edilən səsvermə Asiyanın tanınmış idman jurnalistləri və futbol ekspertləri arasında keçirilir.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir