Cəmiyyət

Qaynar suda yanan üç yaşlı Xədicənin sizin köməyinizə ehtiyacı var – FOTO

Sharing is caring!


Üç yaşlı körpə bədbəxt hadisə ilə üzləşib.

Bu barədə Oxu.Az-a onun anası Kamalə Ruşanova məlumat verib.

O qeyd edib ki, 2020-ci il təvəllüdlü övladı Xədicə Ruşanzadə ağır yanıq xəsarətləri alıb:

“İyulun 19-da biz Ucarda yas mərasimində iştirak edirdik. Bu zaman qızım bir qıraqda dayanmışdı. Ondan bir az aralıda odun sobasının üzərində qaynayan çaydan qəfil partladı və qızımın başına dəydi. Biz Xədicəni dərhal Bakıdakı xəstəxanaya çatdırdıq. O, həmin tarixdən xəstəxanada müalicə alıb. Daha sonra maddi cəhətdən çətinlik çəkdiyimiz üçün xəstəxananı tərk etdik. Hazırda ev şəraitində müalicəsini aparsam da, iki gündən bir onun sarğılarının dəyişdirilməsi üçün yenidən xəstəxanaya üz tuturuq. Həkimlər bildirirlər ki, boynunun altı çox dərin yanıb. Həkimlərin yazdığı dərmanları almaq üçün maddi imkanımız yoxdur. Ona görə də yaraları hər ötən gün daha da pisləşir. Maddi vəziyyətimiz çox ağırdır. Özüm evdar qadınam. İki azyaşlı övladım var. Yoldaşım isə sürücüdür. İmkanı olan şəxslərdən xahiş edirəm, bizə kömək etsinlər. Qızım Xədicənin müalicəsini davam etdirmək üçün bizə 800 manat lazımdır”.

Ailə ilə əlaqə: (077) 518-30-31, yardım üçün kart hesabı: 4169 7388 4649 9188.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir