Cəmiyyət

Abşeron Rayon Polis İdarəsinin rəisinə yeni müavin təyin olundu – FOTO

Sharing is caring!


Abşeron Rayon Polis İdarəsinin rəisinə yeni müavin təyin olunub.

“Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Vüsal Axundov Abşeron RPİ rəisinin xidmət üzrə müavini təyin edilib.

Qeyd edək ki, 1 ay əvvəl polis polkovniki Musa Musayev Binəqədi RPİ-nin rəisi vəzifəsindən azad edilərək Abşeron RPİ-nin rəisi təyin edilmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir