Manşetüstü

Çəkdiyi imza başına bəla oldu – VİDEO

Sharing is caring!

Paytaxtın Türkan qəsəbə sakini Anar Qulamovun, tanıdığı şəxsə etibarnamə verməsi başına bəla olub. Anar imzaladığı sənədin etibarnamə olduğundan belə xəbəri olmadığını iddia edir. Sonradan məlum olub ki, onun adına 5 şirkət açılıb və nə az, nə çox 130 min manat vergi borcu yaranıb.

Bu barədə “Xəzər” TV məlumat hazırlayıb.

Xəzər rayonu Türkan qəsəbəsinin sakini Anar Qulamovun etibarnamə verməsi başına iş açıb. O iddia edir ki, bacısının keçmiş həyat yoldaşı onu aldadaraq etibarnamə alıb. Elə olanlar da bundan sonra başlayıb.

Anar Qulamov aldadıldığını 3 il sonra onun adına gələn vergi məktubunu görəndən sonra anlayıb. Onun adına açılmış 5 şirkətdən 130 min manat vergi borcu gəlib.

Bir müddətdən sonra aldadılan şəxs nə edəcəyini bilmədiyindən yaxınlıqda yaşayan Vüqar Əmirovdan kömək istəyib.

Məsələ ilə əlaqədar ittiham olunan şəxs Fərid Hüseynov isə bildirib ki, Anar Qulamovu aldatmayıb. Onun özünü də aldadaraq adına birneçə şirkət açıblar və o bununla bağlı aidiyyəti qurumlara müraciət edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir