Dünya

İlon Mask “Twitter”i aldığı üçün məhkəməyə verildi

Sharing is caring!

Florida ştatının Orlando şəhər polisinin Pensiya Fondu amerikalı iş adamı İlon Maskı “Twitter”i 44 milyard dollara aldığına görə məhkəməyə verib.

Məlum olub ki, Fond sosial şəbəkənin səhmdarlarından biridir.

İddiaçı tərəf təkid edir ki, ştat qanunlarına əsasən, əgər digər səhmdarların üçdə ikisi alqı-satqı faktını təsdiqləməsə, Mask 2025-ci ilə qədər “Twitter”in əldə olunması üzrə müqaviləsini yekunlaşdıra bilməz.

Məhkəmə sənədlərinə görə, iş adamı “Twitter” səhmlərinin 9%-dən çoxunu əldə etdikdən sonra “maraqlı səhmdar” statusu alıb və bu, sövdələşmənin təxirə salınmasını zəruri edib.

Mənbə: “RİA Novosti”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir