İdman

Afrikalı boksçuya kölgəsilə döyüşdüyü üçün məğlubiyyət verildi – VİDEO

Sharing is caring!

Cənubi afrikalı boksçu Simiso Butelezi həmyerlisi Sifesixle Mntunqva ilə döyüşdə məğlub olub.

Ümumdünya Boks Federasiyasının (WBF) versiyasına görə Afrika çempionu kəməri uğrunda döyüşün onuncu raundunda Butelezi rəqibini nokaut edib. Buna baxmayaraq, Mntunqva ayağa qalxıb və hakim mübarizəni davam etdirib. Lakin Butelezi rəqibindən əks istiqamətə dönüb və boşluğa zərbələr endirməyə başlayıb. Hakim görüşü dayandıraraq ona məğlubiyyət verib. Bu, boksçunun karyerasında ilk məğlubiyyəti olub.

Butelezinin bu davranışına nəyin səbəb olduğu açıqlanmayıb. İdmançıya dərhal tibbi yardım göstərilib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir