Cəmiyyət

Avtomobillə vurulan piyada komaya düşdü

Sharing is caring!

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatınagörə, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb. Belə ki, minik avtomobili yolu keçmək istəyən təxminən 30 yaşlı kişini vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Yaralı koma vəziyyətində olduğundan onun hələlik şəxsiyyətinin müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir