manset

Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşüb

İyulun 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtdakı Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda və Talassemiya Mərkəzində olub, burada müalicə alan uşaqlarla görüşüb.

APA xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə paytaxtdakı Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gəldi. Məlumat verildi ki, hazırda burada 135 uşaq müalicə alır. Leyla Əliyeva balacaların müalicəsi ilə maraqlandı, xəstəxananın müxtəlif şöbələrində müalicə alan uşaqlara görüşdü, onların valideynləri ilə söhbət etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti balacaların tezliklə sağalmasını arzuladı, onlara hədiyyələr təqdim etdi.