manset Sosial

“Azərsu” rəhbərinin Prezident sarayını kölgədə qoyan villası — Bahalı mərmərlər, qızıl suyuna çəkilən divarları… (FOTOLAR)

Sharing is caring!

Prezident İlham Əliyev son videomüşavirədə iri vergi ödəyicisi olan böyük şirkətlərin fəaliyyətini sərt tənqid edəndən sonra, həmin müəsissələrin rəhbərlərinin gözqamaşdıran varidatları ilə bağlı sosial mediada çeşidli informasiyalar paylaşılır.


Xəbəral.az 
xəbər verir ki, belə paylaşımlardan birini də jurnalist Samir Feyruzov edib.

Sözügedən paylaşımda jurnalist “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun villarından birinin fotolarını yayıb:

“Hər kəs soruşur ki, dövlət büdcəsi necə talanıb, hanı dövlətin pulları? “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri… Villanın divarları qızıl suyuna çəkilib, Əfqanıstandan xüsusi mərmər gətirilib, Braziliyadan gətirilən müxtəlif materiallarından istifadə olunub.

Bu adamın dövlətdən müxtəlif yollarla nə qədər pul oğurladığını bilmək üçün təkcə qaynı Namiq Cəbrayılovun rəhbəri olduğu “Hidro-İnşaat Servis” MMC-nin fəaliyyətini araşdırmaq bəs edir. Q.Hüseynov ən bahalı, milyonluq tenderləri qaynı N.Cəbrayılova verib”.

Xatırladaq ki, “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun və qardaşının, həmçinin qaynı Namiq Cəbrayılovun adı zaman-zaman Fətullah Gülən şəbəkəsinə dəstəkdə hallanıb.

 “Su hara gedir, niyə itir” sualının cavabı

Qeyd edək ki, jurnalist Cavanşir Həsənli isə “Azərsu” şefinin daha bir biznesini ortaya çıxararaq özünün sosial şəbəkələrdəki hesabında paylaşıb.

Redaksiya olaraq həmin paylaşımı da olduğu kimi təüdim edirik:

Azərsu sədri Qorxmaz Hüseynovun oğlu Araz Hüseynli Füzuli rayonunun Haramı ərazisində

2700 hektar ərazini ələ keçirib. 20 ildən bəri o torpaqlar üzərində sahiblik hüququ olan sahibkarların səslərini eşidən belə olmayıb, icra başçısı həmin əraziləri öz marağından və kefindən o adamların əlindən alıb Natural Aqro MMC-yə verib. Heç kimdən və heç nədən qorxmayan Qorxmaz əfəndi “Azərsu”nun resurslarını oğlunun təsərrüfatlarında bütün gərəkli infrastrukturları yaratmağa səfərbər edib, yeraltı su boruları çəkdirib, müasir pivot suvarma sistemi quraşdırıb, nasosxana və hidratlar qurdurub, Yuxarı Mil kanalının suyunu Haramı düzünə – oğlunun əkin sahələrinə və badam bağlarına yönəldib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir