Cəmiyyət manset

Sosial sahibkarlıq mövzusunda onlayn mentorluq proqramı Yunus & Youth dəstəyi ilə Sosial Biznes Gənclər Mərkəzi (SBYC) tərəfindən həyata keçirilir

Sharing is caring!

Qanunla.az xəbər verir ki,Sosial sahibkarlıq mövzusunda onlayn mentorluq proqramı Yunus & Youth dəstəyi ilə Sosial Biznes Gənclər Mərkəzi (SBYC) tərəfindən həyata keçirilir. COVID-19 böhranının mənfi təsirlərini nəzərə alaraq SBYC bu proqramı yerli icmalarına təsir göstərməyə həvəsli olan aztəminatlı gənclər qrupu üçün həyata keçirməyə qərar verdi. Hal-hazırda ehtiyacı olan ailələrə dəstək olmaq istəyən gənclərimizin xeyriyyəçilik fəaliyyətlərini müşahidə edirik. Bu fəaliyyətlər möhtəşəmdir, lakin dayanıqlı deyil və bu problemlərə uzunmüddətli həll yolları vermirlər. Sosial problemlərin həlli ilə bağlı təsəvvürləri dəyişdirmək üçün SBYC Yunus & Youth tərəfdaşlığı ilə ehtiyacı olan gəncləri yerli və beynəlxalq mütəxəssislər və sosial sahibkarlarla birgə mentorluq proqramı hazırlayır.
Layihə müddəti: 26.04.2020 – 29.07.2020 (3 ay)
Hər görüşün müddəti: 60-90 dəq
Ayda keçirilən görüşlərin sayı: 1-2
Hədəf qrupu: bölgələrdən və aztəminatlı ailələrdən və sosial biznes ideyası olan 100 nəfər gənc
Məkan: onlayn
İştirak ödənişsizdir.
Bu proqram könüllülər tərəfindən idarə olunur. Əsas məqsəd icmalarını dəyişdirmək istəyən yerli gənclərə dəstəkdir. Bu çətin anlarda ehtiyacı olan insanlara sosial biznes ideyası ilə dəstək olmaq istəyirsinizsə, bu proqrama müraciət edin!
Müraciət linki: https://forms.gle/FC4PubJN6h6rpxRd9
SBYC haqqında qısa məlumat: Sosial Biznes Gənclər Mərkəzi, 2018-ci ildə 0 büdcə ilə olan üç qız tərəfindən Azərbaycanda gənclər arasında sosial sahibkarlığı tanıtmaq və maarifləndirmək məqsədi ilə yaradılmışdır. 2 ildə pulsuz və aşağı qiymətə olan təlim proqramlarımızla 3500 müraciət arasından 10 bölgədən 2500-dən çox gəncə əhatə etdik. Beynəlxalq təşkilatla tərəfdaşlıq proqramlarımız sayəsində sosial sahibkarlıq mövzusunda tədris proqramımız Azərbaycanda 30-dan çox QHT və 20 universitet istifadə edildi.
Hər hansı bir sualınız varsa, bizə müraciət etməkdən çəkinməyin.
Elektron poçt: [email protected]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir