Mədəniyyət

AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİ NÖVBƏTİ ONLAYN MÜŞAVİRƏ KEÇİRİB

Sharing is caring!

Məlum olduğu kimi, aprelin 9-da Mədəniyyət naziri cənab Əbülfəs Qarayev videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Videoqəbulda nazirlik rəsmiləri və regional idarələrin rəisləri iştirak edib.
Ağstafa Regional Mədəniyyət İdarəsi həmin videoqəbulun nəticələrinə və qarşıya qoyulan məsələlərin müzakirəsinə və həllinə həsr edilmiş növbəti onlayn müşavirə keçirib. Regional İdarənin rayonlar üzrə nümayəndələri və əhatə etdiyi müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə idarə rəisi Vüqar Qədirov qarşıya qoyulan məsələlərdən, Nazirliyin tələb və tapşırıqlarından danışaraq, sosial izolyasiya qaydalarının tətbiq olunduğu karantin müddətində musiqi məktəblərində distant təhsilin keyfiyyətinin artırılmasından, insanların asudə vaxtının səmərəli təşkil olunması baxımından virtual konsertlərin təşkil olunmasından danışıb. Müşavirədə həmçinin, məktəblərarası, kitabxanalararası virtual müsabiqələrin və elektron kitabxanaların təşkil olunmasının zəruriliyindən, günün tələbinə uyğun olaraq muzeylərə virtual ekskursiyaların təşkil edilməsi məsələlərindən və müəssisələrin dezinfeksiya olunmasından geniş bəhs edilib. İdarə rəisi eyni zamanda yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə qayğının göstərilməsinin vacibliyini vurğulayaraq müəssisə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir