Mədəniyyət

Türkiyənin Naxçıvandakı Baş Konsulluğu fotosərgi təşkil edib – FOTO

Sharing is caring!


Türkiyənin Naxçıvandakı Baş Konsulluğu fotosərgi təşkil edib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğu tərəfindən Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət Himnləri səsləndirilib.

Sərgidə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, İğdır Vilayətinin Azərbaycan Evinin sədri Ziya Zakir Arac, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Universitetinin rektoru Anar Kazımov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış ediblər.

Sonra Azərbaycanın Əməkdar Rəssamı Fikrət Babayevin hazırladığı şəhid Zülfü Rzayevin portreti ailəsinə təqdim edilib.

Qeyd edək ki, sərgidə 45 foto nümayiş olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir