Dünya

ABŞ-nin Ukraynaya yardımının ümumi həcmi 66 milyard dolları keçib

Sharing is caring!


ABŞ-nin Ukraynaya yardımının ümumi həcmi 66,2 milyard dollara çatıb.

Xəbəri dərc edən mənbə bildirir ki, Birləşmiş Ştatlar “Marşal Planı”ndan bəri heç bir müttəfiqinə bu qədər vəsait ayırmayıb.

ABŞ Ukraynada genişmiqyaslı müharibə başlayandan bu ölkəyə maliyyə və silahla kömək edir.

Təkcə son yardım paketinə müxtəlif hərbi komplekslər, raketlər, döyüş sursatları, zirehli maşınlar və tank əleyhinə silahlar daxildir.

Eyni zamanda, ABŞ Senatında Respublikaçılar Partiyasının lideri Mitç Makkonnell bildirib ki, dövlətlər Ukraynaya hərbi yardımın çatdırılmasını sürətləndirməlidirlər.

Mənbə: The Washington Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir