Dünya

Varşavada Polşanın yeni hökumətinin andiçmə mərasimi keçirilib

Sharing is caring!


Polşanın “Hüquq və ədalət” partiyasının nümayəndəsi, ölkə prezidenti Andjey Dudanın yeni hökumətin formalaşdırılması ilə bağlı göstəriş verdiyi Mateuş Moravetski bazar ertəsi yeni kabinetin tərkibini dövlət başçısına təqdim edib.

Varşavada prezident sarayında yeni hökumətin təntənəli andiçmə mərasimi keçirilib.

Polşa radiosunun məlumatına görə, Xarici İşlər Nazirliyinin rəhbəri postunu əvvəlki hökumətdə Avropa İttifaqı (Aİ) ilə əlaqələrə görə cavabdeh olan Şimon Şinkovski-vel-Senk tutub, Mariuş Blaşçak isə müdafiə departamentinin rəhbəri vəzifəsində qalıb. Polşanın Daxili İşlər Nazirliyinə Pavel Şefernaker, Ədliyyə Nazirliyinə Martsin Varhol, Maliyyə Nazirliyinə Andjey Koştovnyak rəhbərlik edəcək.

Ümumilikdə yeni hökumətdə 18 nazir var, onlardan 10-u qadındır. Müşahidəçilər bunu “ekspertlər kabineti” adlandırırlar.

İndi Polşanın yeni hökumətinin müxalifətin üstünlük təşkil etdiyi ölkə parlamentinin Seymində (aşağı palatası) təsdiqlənməsi üçün iki həftə vaxtı var.

Mənbə: interfax.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir