Cəmiyyət

“Report”un müxbiri Adıyamanda: Zəlzələ zamanı azərbaycanlı tələbələr harada olublar?

Sharing is caring!

“Adıyaman Universitetində Azərbaycandan təhsil alan yeddi tələbə zəlzələ baş verdiyi vaxt şəhərdə olmadığı üçün heç bir zərərə məruz qalmayıb”.

Bu barədə “Report”un Adıyamana ezam olunmuş əməkdaşı ali təhsil müəssisəsinin xarici tələbələr üzrə bölməsindən məlumat əldə edib.

Bildirilib ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhəri olan zəlzələdən ən çox zərər çəkən Adıyaman vilayətində həmin vaxt azərbaycanlı tələbələr olmayıblar. Onlar tədris dönəminin birinci yarımilini başa vuraraq tətilə gediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir