Cəmiyyət

Əsgərlərimizin xilas anı: “Çaylardan birinə çatanda gördük ki, minalar düzüblər” – VİDEO

Sharing is caring!


Baku TV-nin “44 gün” verilişinin yeni buraxılışı efirə gedib.

Budəfəki buraxılışda Vətən müharibəsi iştirakçısı Elçin Həsənov öz döyüş yolundan bəhs edib.

Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi olan Elçin Murovdağ döyüşlərindən danışıb:

“Həmin istiqamətdə güclü döyüşlər getdi. Murovdağ elə bir yüksəklikdir ki, orada ağac belə bitmir. Ön xətt açıldı, postları düşməndən təmizlədikdən sonra əsgər heyəti orada mövqeləndi. Xüsusi təyinatlı qruplara postlara girmək tapşırığı verildi. Qruplar ancaq atıcı silahlarla irəliləyirdi. Çaylardan birinə çatanda gördük ki, minalar düzüblər. Onları təmizləyəndən sonra postu ala bildik”.

O həmçinin müharibədə yaşadığı ən təhlükəli andan, erməni hiylələrindən söz açıb.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir