Kriminal

Araik Arutunyan barəsində cinayət işi açılıb

Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində yaradılmış quldur rejimin qondarma başçısı Araik Arutunyan 4 oktyabr tarixində “Facebook” sosial şəbəkəsində Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini açıqlayıb. Bununla bağlı Araik Arutyunyan barəsində cinayət işi açılıb.

XəbərAl.Az-ın müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş prokurorluğunun mətbuat katibi Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, bununla bağlı Araik Arutunyan barədə cinayət işi açılıb:

“Belə ki, qondarma rejimin qondarma başçısı Araik Arutunyan barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Baş Prokuror tərəfindən açılan cinayət işləri ilə bağlı istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Araik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyasi rəhbərliyinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmaları üçün zəruri tədbirlər görülür”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir