Cəmiyyət

Qubada sərxoş vəziyyətdə avtoxuliqanlıq edən şəxs saxlanılıb – VİDEO

Sharing is caring!

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin və spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaratdığına görə “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Məmmədəli Dadaşovun spirtli içkinin təsiri altında olması müəyyən edilib. Eləcə də, həmin şəxsin narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən M.Dadaşovun  narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub. Quba Rayon Məhkəməsinin qərarı ilə Məmmədəli Dadaşov 15 gün müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 illik məhdudlaşdırılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir