Cəmiyyət

Sabiq vəkilin bloqer Sabina Katanovanı necə aldatdığı məlum oldu – FOTO

Sharing is caring!

İki gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il həbs cəzası alan keçmiş vəkil Vüqar Səfərlinin məşhur bloqer Sabina Katanovanı necə aldatdığı məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, 17 nəfərə qarşı ümumilikdə 200 min manatdan çox dələduzluq edən sabiq vəkilin ən böyük dələduzluğu (130 min manat) məhz Katanovaya qarşı olub.

Məhkəmə istintaqında məlum olub ki, bloqer 2021-ci ildə Bakıda yeni tikili binadakı mənzilini 140 min manata satıb. Özünə Mərdəkanda 6 sot torpaq sahəsi alıb. Lakin torpaq sahəsini aldıqdan sonra ev tikdirməyin çətin olduğunu görüb satdığı evi geri qaytarmaq istəyib. Bundan sonra evi alan şəxslə görüşüb 140 mini və mənzilə çəkdiyi əlavə xərcləri də ödəməyə hazır olduğunu bildirib. Qarşı tərəf təkliflə razılaşmadığı üçün işi məhkəmədə həll etmək qərarına gəlib.

Bundan sonra vəkil Vüqar Səfərliyə müraciət edib: 

“Təxminən 4-5 il əvvəl “Instagram”dan Vüqar Səfərli mesaj yazaraq vəkillik işi ilə nə qulluğu olarsa, həll edə biləcəyini demiş, nömrəsini qeyd etmişdi. Mən də nömrəni həmin vaxt telefonuma yazmışdım. Vüqara zəng edəndə qanuni yolla mənə kömək edə biləcəyini bildirdi. Onunla ofisində görüşdüm. Həmin gün hüquqi yardım göstərilməsi haqqında onunla müqavilə bağladıq. Vüqara 1200 manat verdim, qalan 800 manatı işin yekununda ödəyəcəyimi bildirdim”.

Bir gün vəkil zəng edərək evi geri almaq üçün ipoteka fonduna 22 min manat ödəmək lazım olduğunu deyib. S.Katanova da anasıyla birlikdə pulu ona verib. Daha sonra V.Səfərli 2 dəfə yenə də ipoteka fonduna qoymaq məqsədilə əlavə olaraq hər dəfə ondan 50 min manat alıb. Bloqer son iki dəfədə isə vəkilə 5 min və 3500 manat verib. Hər dəfə pul verəndə iltizam alıb pulların şəkillərini çəkib. Lakin daha sonra müdafiəçinin onu müxtəlif bəhanələrlə aldatdığını görüb şikayət edib.

Vüqar Səfərli törətdiyi əməllərdən sonra Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir