Kriminal

Bakı sakinində saxta əsginaslar aşkarlanıb

Sharing is caring!

Bakı sakinində saxta əsginaslar aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nizami rayonu ərazisində polis əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məftun Musayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, həmçinin 5 ədəd 100 manatlıq və 4 ədəd 20 manatlıq saxta əsginas aşkar olunaraq götürülüb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində aparılan araşdırmalarla onun dekabrın 6-da mağazaların birində satıcıya bir ədəd 100 manatlıq saxta əsginas verməsi də müəyyən olunub.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir