İqtisadiyyat

“Neftçi” Konfrans Liqasında nə qədər qazandı?

Sharing is caring!

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Kipr “Aris”ini məğlub edən “Neftçi” klubunun qazancı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Bakıda keçirilən oyunda rəqibinə 3:0 hesabı ilə qalib gələn “ağ qaralar” bu qələbə ilə 1 milyon avro (1 milyon 730 min manat) qazanıb.

Həmin məbləğin 100 min avrosu qatılma haqqı olaraq paytaxt təmsilçisinə ödənəcək. 350 min avro 2-ci, 550 min avro isə 3-cü təsnifat mərhələsində iştiraka görə verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir