Dünya

Xarkova raket hücumu: Həmyerlilərimiz məcburi döyüşə aparılıblar? – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün baş verən hava hücumu nəticəsində ən çox dağıntılara məruz qalan ərazi Xarkovun Şimali Saltovka rayonudur.

“Buraya endirilən hava zərbələri nəticəsində yaxınlıqdakı binaların hamısı, demək olar ki, darmadağın olub. Buranı “xarabalığa çevrilmiş rayon” da adlandırırlar”, – deyə jurnalist əlavə edib.

Jurnalistin sözlərinə görə, bu gün səhər saatlarında da Xarkova raket hücumu olub:

“Xarkov şəhərinin mərkəzi, Şimali Saltovka, eləcə də Çuquyev şəhərinə qanadlı raket zərbələri endirilib”.

O da bildirilib ki, separatçıların nəzarətində olan ərazilərdən Xarkova gələn azərbaycanlılar əmlaklarının əllərindən alındığını deyirlər:

“Bildirirlər ki, onları məcburi şəkildə döyüşə aparmaq istəyiblər. Həmyerlilərimiz isə bundan imtina ediblər”.

Ətraflı süjetdə:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir