İqtisadiyyat

SOCAR-ın dəstəyi ilə “Azəriqaz” yeni transformasiya layihəsinə start verib

Sharing is caring!


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Azəriqaz” İstehsalat Birliyi yeni “QAZandım” transformasiya layihəsinə start verib.

Bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı sisteminin müasir standartlar səviyyəsində qurulması və müasir texnologiyaların tətbiqi, eyni zamanda, İstehsalat Birliyini kommunal xidmətlər arasında nümunəvi təşkilata çevirmək məqsədi ilə 2023-cü ildən yeni strategiya işlənib-hazırlanıb.

“QAZandım” layihəsində birliyin gələcəyə baxışının və məramının ətraflı qeyd olunduğu strategiya uzunmüddətli perspektivə hesablanan üç əsas komponentə ayrılır. Bunlar biznes səmərəliliyi, o cümlədən əməliyyat mükəmməlliyi, kommersiya fəaliyyətinin təkmilləşdirilməsi və şəbəkə inkişafı, ikincisi – şərtləndirici amillər, o cümlədən texnoloji və rəqəmsal həllər və yeni iş modelinə keçid, həmçinin, tənzimləyici rejim və standartlar.

Qeyd olunanların icrası qaz təsərrüfatı sahəsində strukturun təkmilləşdirilməsinə, insan kapitalının və korporativ mədəniyyətin formalaşmasına, ətraf mühitə ziyan vurmadan, təbii qazdan istifadə edən bütün istehlakçıları fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada təbii qazla təchiz etməklə müştəri məmnuniyyətinə nail olmağa təkan verəcək. “QAZandım” layihəsində əhalinin təbii qazla təmin edilməsinə, ölkənin mövcud qaz şəbəkəsi sisteminin ayrı-ayrı hissələrinin yenidən qurulmasına, avadanlıqların istismara yararlı halda saxlanılmasına yönəldilmiş texnoloji və texniki tədbirlərin görülməsi, eləcə də yeni qaz kəmərlərinin tikintisi də nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir