İqtisadiyyat

Vətəndaşların NƏZƏRİNƏ: Azərbaycanın 15 kəndində üç gün qaz olmayacaq

Sharing is caring!


“Qaz İxrac” İdarəsinə məxsus “Altıağac-Ağsu” magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin birləşdirilməsi ilə bağlı noyabrın 1-dən 3-dək (3 gün müddətində) “Mədrəsə” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə (üç gün) Şamaxı rayonunun Mədrəsə qəsəbəsinin və Adnalı, Kərkənc, Mirikənd, Məlikçobanlı, Çaylı, Qaravəlli, Sabirli, Çarhan, Quşçu, Məlcək, Kələxana, Göylər, Dağ Bağırlı, Nüydü, Yenikənd kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir