Cəmiyyət

Xırdalanda avtomobili sərxoş və sürücülük vəsiqəsi olmadan sürən şəxs saxlanılıb

Sharing is caring!


Xırdalanda avtomobili sərxoş və sürücülük vəsiqəsi olmadan sürən şəxs saxlanılıb.

Bu barədə Daxil İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Xırdalan şəhəri ərazisində “Tofaş” markalı avtomobilin sürücüsünü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlayıblar.

Araşdırmalarla sürücü, Abşeron rayon sakini Cavid Səmədovun sürücülük vəsiqəsinin müddətinin bitməsi və onun sərxoş halda olması müəyyən edildiyindən barəsində inzibati protokol tərtib edilib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı isə oradan 14 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir