Dünya

Rusiyalı futbolçular qəzaya düşdülər: Ölən və yaralananlar var – FOTO

Sharing is caring!


Rusiyanın “Uralets-TS” klubunun futbolçularının olduğu avtomobil Perm-Yekaterinburq magistralında qəzaya uğrayıb. Nəticədə futbolçu Yevgeni Sitnikov yerindəcə ölüb, daha üç idmançı yaralanıb.

Bu barədə klubun mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, futbolçulardan Kirill Koçetov komadadır, Denis Fedoroçev və Kirill Mılnikov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sitnikovun 33 yaşı var idi. “Amkar”ın yetirməsi olan müdafiəçi ölkə çempionatının ikinci divizionundakı klubda çıxış edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir