Siyasət

Tramp: “NATO ölkələri pul ödəməsə, ABŞ onları müdafiə etməyəcək”

Sharing is caring!


ABŞ-nin keçmiş prezidenti Donald Tramp hesab edir ki, NATO üzvü olan ölkələr alyansa haqlarını ödəməsələr, o zaman ABŞ onları müdafiə etməyəcək.

“Mən dedim ki, NATO öz hesablarını ödəməlidir, onlar ödəməsələr, biz sizi qorumayacağıq”, – deyə Tramp ABŞ Prezidenti Co Baydenin çıxışını şərh edərkən bildirib.

Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, eks-prezidentin ABŞ-ni NATO-dan çıxarmaqla hədələməsi realdır, bu addım ölkə və bütün dünya üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir