Dünya

Mbappenin “Real”da təqdimat tarixi açıqlandı

Sharing is caring!


“Real Madrid” rəhbərliyi Kilian Mbappenin təqdimat mərasiminin hansı tarixlərdə təşkil edilməsi məsələsini nəzərdən keçirir.

Təqdimat komandanın ev stadionu olan Santyaqo Bernabeuda keçiriləcək.

Məlumata görə, Mbappe PSJ-nin heyətində iyunun birində baş tutacaq Çempionlar Liqasının finalına çıxsa, hücumçunun təqdimatı iyunun üçündən iyunun altısınadək baş tutacaq və o, bundan sonra Fransa milli komandasının düşərgəsinə yollanacaq.

Əgər PSJ Çempionlar Liqasının finalına çıxmasa, Mbappenin təqdimatı mayın 30-u və ya 31-də baş tutacaq.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir