Cəmiyyət

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə bəraət verilib

Sharing is caring!


Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İlqar Məmmədovun məhkəmə istintaqı yekunlaşıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov ittiham nitqi ilə çıxış edib.

O, məhkəmədən təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov müdafiə çıxışı edib və müvəkkilinin günahsız olduğunu bildirib. Vəkil müdafiə etdiyi şəxsin əməli ilə bağlı heç bir əsaslı sübutların olmadığından onun haqqında bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Daha sonra təqsiləndirilən şəxs İlqar Məmmədov son söz deyib və məhkəmə hökmü elan etmək üçün müşavirə otağına gedib.

Müşavirədən qayıdan məhkəmə hökmü elan edib və İlqar Məmmədov barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs İlqar Məmmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin oktyabrında saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir