İqtisadiyyat

Mikayıl Cabbarov Ləziz Kudratov ilə görüşüb – YENİLƏNİB + FOTO

Sharing is caring!


Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşdə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi, işgüzar əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Özbəkistanla qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində hər iki ölkənin rəhbərlərinin siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin önəmli rolu vurğulanıb. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında əməkdaşlığın güclənməsi fonunda iqtisadi-ticarət əlaqələri də genişlənir. Azərbaycanın biznes və investisiya mühiti, sənaye zonalarında tətbiq olunan güzəştlər sərmayədarlar, o cümlədən Özbəkistan sahibkarları üçün əlverişli imkanlar təqdim edir.

Tərəflər birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiya qoyuluşlarının təşviqi, nəqliyyat-logistika, rəqəmsallaşma, sənaye, o cümlədən, neft-kimya və neft emalı, sənaye zonaları və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

16:26

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə görüşüb.

O bu barədə öz “X” hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun təşviqi, birgə layihələrin həyata keçirilməsi, həmçinin Özbəkistanla sənaye parkları sahəsində əməkdaşlıq perspektivləri barədə faydalı müzakirələr aparılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir