Cəmiyyət

Şəmkirdə avtomobil körpüdən aşdı: Xəsarət alanlar var

Sharing is caring!


Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, hadisə rayonun Qədimqala kəndi ərazisində qeydə alınıb. 

Qəza zamanı VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini körpüdən aşırıb. 

Hadisə nəticəsində dörd nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Onlardan üçü ilkin tibbi yardımdan sonra ambulator müayinə üçün evə buraxılıb. Xəsarət alan azyaşlının vəziyyəti hazırda qənaətbəxşdir. 

Faktla bağlı araşdırma aparılır.

Samir İsayev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir