Cəmiyyət

Talassemiya xəstələrinin övladları qanazlığından əziyyət çəkə bilərlər

Sharing is caring!


“Qanazlığı uşağın inkişafında ləngimələrə səbəb olur”.

Oxu.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində canlı yayımda nazirliyin mütəxəssis eksperti, pediatr Tərlan Əyyubov deyib.

Həkimin sözlərinə görə, anemiya hüceyrələrin bölünməsində, zülalların sintezində, maddələrin qəbulunda problemlər yaradacaq:

“Orqanizmi dəmirlə lazımi dərəcədə təmin etməliyik. Tərkibində dəmir olan qidalara üstünlük verməliyik. Yox, əgər dəmir aşağı düşübsə, dəmir tərkibli preparatlara müraciət etməliyik”.

T.Eyyubov qeyd edib ki, anemiya xəstəliyi müxtəlif yaş kateqoriyasında olan uşaqlarda rast gəlinə bilər:

“İrsdən-irsə keçə bilər. Bir çoxunun valideynləri talassemiya xəstəliyindən əziyyət çəkirlər. Bütün bunlar qanazlığına gətirib çıxarır”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir