İqtisadiyyat

Orxan Məmmədov: “İndiyədək 1 493 şirkət Qarabağa sərmayə yatırmaq üçün müraciət edib”

Sharing is caring!


“Bu günə qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1493 şirkətdən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya yatırmaq üçün müraciət daxil olub”.

Oxu.Az-ın məlumatına görə, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bunlardan 490-ı 37 ölkədən olan xarici investorlardır:

“Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq üçün İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv dövlətlərin müraciətlərini əlaqələndirməyə hazırıq”.

O qeyd edib ki, agentlik Qarabağda üç əsas istiqamət üzrə fəaliyyət qurub:

“Birincisi, yerli və xarici investorları investisiya imkanları barədə məlumatlandırmaq, ikincisi, yeni bizneslərin yaradılması üçün müraciətlərin qəbulu, üçüncüsü isə, biznes infrastrukturlarının yaradılmasına dəstək göstərməkdir”

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir