Dünya

Ukrayna ordusu müdafiə xəttini gücləndirir: Müharibə qızışır – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya ordusu ötən gün Xarkov şəhərini ağır raketlərlə atəşə tutub.

Məlumata görə, Ukrayna ordusu Xarkov vilayətinin bütün qəsəbələrində, Kupyansk və İzyum şəhərlərində müdafiə xəttini gücləndirir. Bununla yanaşı, sözügedən ərazilər Rusiya ordusu tərəfindən dayanmadan raket atəşinə məruz qalır.

Qeyd edilib ki, ötən gecə Donetsk, Xerson, Zaporojye, Nikolayev və Dnepropetrovsk vilayətlərində də vəziyyət olduqca gərgin olub.

“Yerli mətbuatın məlumatına görə, Ukrayna Krım körpüsünü Rusiya hərbi yükdaşımalarının qarşısını almaq məqsədilə partladıb. Bildirilib ki, Rusiya sözügedən körpüdən istifadə edərək Krıma və Xersonun işğal altında olan ərazilərinə irihəcmli hərbi texnika və silah-sursat daşıyırdı”, – deyə jurnalist əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir