Siyasət

Sahib Məmmədov: “ICCIA-ya üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsinə ehtiyac var”

Sharing is caring!


“Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı bir çox nailiyyətlərə imza atılacaq. Çünki ölkədə sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi üçün kifayət qədər əlverişli mexanizmlər var”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanın ixrac potensialı beş-altı dəfə artıb:

“Özəl sektorun ümumi daxili məhsulda (ÜDM) payı 37 faiz təşkil edir. İqtisadi sahədə Azərbaycanın çox nailiyyətləri var. Biz də biznes mühitinin genişləndirilməsi sahəsində səylərimizi əsirgəmirik”.

Onun sözlərinə görə, ötən illər ərzində İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv olan  ölkələrlə münasibətlər daha da möhkəmlənib:

“Müsəlman ölkələrinin potensialını nəzərə alsaq, bu əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var. Ümumiyyətlə, müsəlman ölkələrinin Azərbaycana marağı artır. Ölkəmizin coğrafi mövqeyi bir sıra potensialların reallaşdırılmasıma imkan verir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir