Dünya

İranlı diplomatlar Rusiyaya qarşı çıxdılar – FOTO

Sharing is caring!


İranın bir qrup keçmiş diplomatı və səfiri Rusiyanın BƏƏ-nin İran Körfəzində 3 ada üzərində suverenliyi ilə bağlı tutduğu mövqeyə cavab olaraq bəyanat yayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Rusiya da Çin kimi öz regional məqsəd və maraqlarını həyata keçirmək üçün İranın ərazi bütövlüyünü kompromisə çevirib”, – deyə diplomatlar bəyanatda qeyd ediblər.

Keçmiş diplomatlar Rusiyanın yeni mövqeyi ilə beynəlxalq arenada İranın milli maraqlarına etinasızlıq etdiyinə eyham vurublar. “Milli maraqlar və xüsusilə də İranın ərazi bütövlüyü hər hansısa bir ölkə və siyasi sistemlə razılaşma mövzusu ola bilməz”, – deyə onlar vurğulayıblar.

Xatırladaq ki, bu yaxınlarda Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov da ölkəsinin bu mövqeyi səbəbindən İran Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir