Dünya

Almatı hava limanı tranzit reyslərin yanacaqla doldurulmasını dayandırıb

Sharing is caring!

Qazaxıstanın Almatı hava limanı texniki eniş edən təyyarələrin yanacaqla doldurulmasını dayandırıb.

Almatı hava limanının mətbuat xidməti xəbər verir ki, bu, aviasiya yanacağının olmaması ilə bağlıdır:

“Yerli və xaricdən gətirilən yanacağın çatışmazlığı və onun çatdırılmasının gecikməsi səbəbindən müntəzəm sərnişin və kommersiya yük reyslərinin dayandırılmasının qarşısını almaq üçün Almatı Beynəlxalq Hava Limanı texniki eniş edən reyslərinin təyyarələrin yanacaqla doldurulmasını dayandırıb”.

Almatı Beynəlxalq Hava Limanının mətbuat xidməti qeyd edib ki, “vəziyyət yaxşılaşana qədər” dayandırma qüvvədə qalacaq.

Mənbə: Zakon.kz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir