Cəmiyyət

Binə qəsəbəsində qanunsuz tikinti işləri dayandırıldı – FOTO

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində vətəndaş Talışov Arzuman Qabil oğlu tərəfindən qeyri-qanunu şəkildə zəbt olunmuş torpaq sahəsində qanunsuz tikilən obyektin söküntüsünə başlayıblar.

Bu barədə FHN-dən məlumat verilib. 

Fövqəladə Hallar Nazirliyi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə növbəti dəfə müraciət edərək, inşaat işlərinin bütün mərhələlərində mövcud qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırıb və xatırladıb ki, pozuntular aşkarlanmış obyektlərlə bağlı qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi davam etdiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir