İqtisadiyyat

Sumqayıt Kimya Sənaye Parkında ikinci butulka istehsalı müəssisəsi yaradılacaq

Sharing is caring!


Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC Sənaye Parkının 2 hektar ərazisində investisiya həcmi 44,4 milyon manat olan ikinci şüşə tara məhsulları istehsalı müəssisəsi inşa edəcək.

İZİA-dan verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, şüşə tara məhsullarının istehsalçısı “Glassica” QSC Sənaye Parkının ərazisində ikinci analoji müəssisənin qurulması üzrə işlərə başlayıb. Bununla əlaqədar olaraq şüşə əritmə texnologiyaları sahəsində 130 ildən çox təcrübəyə malik olan Almaniyanın “HORN Glass Industries AG” şirkəti ilə “Glassica” QSC arasında sənəd imzalanıb. Sənədə əsasən, alman şirkəti yeni yaradılacaq müəssisənin layihələndirilməsini həyata keçirəcək, müasir avadanlıq və texnologiyalarla təchiz edəcək.

İnvestisiya həcmi 44,4 milyon manat, illik istehsal gücü 160 ton şüşə tara məhsulları olacaq müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Qeyd edək ki, “Glassica” QSC-nin hazırda Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən şüşə tara məhsulları istehsalı müəssisəsi ildə 50 ton məhsul istehsal etmək gücündədir. İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, Moldova, Rumıniya və Gürcüstana ixrac edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir