Dünya

Xameneinin bacısı qızı molla rejiminin qondarma məhkəməsindən imtina etdi – FOTO

Sharing is caring!


İranın ali dini rəhbəri Əli Xameneinin bacısı qızı və hüquq müdafiəçisi Fəridə Muradxani molla rejiminin qondarma məhkəməsindən imtina edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı hüquq müdafiəçisinin qardaşına istinadla xəbər verib.

Onun sözlərinə görə, bacısı 20 gün əvvəl atasıgildən öz evinə gedərkən heç bir hüquqi göstəriş olmadan hökumət məmurları tərəfindən həbs edilib.

“Onun evində olan şəxsi sənədləri və mobil telefonu da götürülüb. 20 gündür, bacımdan heç bir xəbər yoxdur. Hazırda Evin həbsxanasının 209 saylı təcridxanasında saxlanılır. Anamla bir neçə saniyə telefonla danışıb. Səsindən yorğun olduğu hiss olunurdu, bundan artıq danışmağa icazə vermirlər, nəzarət altında olduğu üçün demək istədiyi sözü deyə bilmir”.

Hüquq müdafiəçisinin qardaşı bildirib ki, F.Muradxani ETTELAAT tərəfindən qəfil həbs edilib və hazırda araşdırmalar getdiyi üçün vəkil tuta bilmir.

“Bu, rejimin siyasi məhbuslara qarşı həyata keçirdiyi metoddur və hazırda ölkədə hədsiz sayda siyasi məhbus var.

Xalq siyasi məhbuslara görə ciddi narahatdır. Biz də ailəlikcə bacımın vəziyyətindən narahatıq. Bacım allergiya və astma xəstəliklərindən əziyyət çəkir, ümid edirəm ki, orada lazımı dava-dərman verilər. Onun günahının nə olduğunu deməyiblər. Yalnız deyiblər ki, çoxlu günahı var. Halbuki, mənim bacım təkcə siyasi məhbuslara hüquqi yardım, imkansızlara yardım və xeyriyyə işləri ilə məşğul olur.

Hesab edirəm ki, bacımın həbsinə səbəb şahın xanımı Fərəhin doğum günü tədbirində iştirakı və Fərəh üçün oxuduğu müraciət bunları qəzəbləndirib. SEPAH-ın kəşfiyyat orqanından zəng etdilər və çox səs salmamağımızı tapşırdılar. Bilirlər ki, mən uzun illərdir mediaya müsahibə verirəm və bir çox məsələləri işıqlandırıram. Onlar bundan qorxurlar. Anam 2009-cu ildən bəri qardaşı (Xamenei) ilə əlaqəni kəsib və bu rejimə qarşıdır. Anam həmişə atamla birlikdə idi. Bunlar qorxur ki, birdən anam bəzi məsələlərin üstünü açar və belə olduqda Xameneinin vəziyyəti çətin olacaq”, – deyə o vurğulayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir