Dünya

Ölkəsindən qaçan Avstriyanın sabiq xarici işlər naziri Rusiyaya köçür

Sharing is caring!


Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyaya köçür.

Bu barədə sabiq nazir Şərq İqtisadi Forumu kuluarlarında bildirib.

Onun sözlərinə görə G.O.R.K.I (The Geopolitical Observatory for Russia’s Key Issues) mərkəzində işləmək üçün Sankt-Peterburqa köçməyi planlaşdırır.

O, mərkəzin təsisçisi və direktoru olduğunu qeyd edib.

“Çünki orada çox iş var və bu, çox diqqət tələb edir. Mən bununla ayaqüstü məşğul ola bilməyəcəyimdən Sankt-Peterburqa köçmək qərarına gəldim”, – deyə Knaysl bildirib.

Qeyd edək ki, Karin Knaysl 2017-2019-cu illərdə Avstriyanın Avropa işləri, inteqrasiya və xarici əlaqələr naziri vəzifəsində çalışıb. 2022-ci ildə siyasətçi təhdidlər aldıqdan sonra Avstriyanı tərk edib və Livanda yaşamağa başlayıb.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Knayslın toy mərasimində (2018-ci ildə) iştirak edib.

Mənbə: RG.RU

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir