İqtisadiyyat

“Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub – FOTO

Sharing is caring!


Ölkəmizdə səfərdə olan “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar aprelin 3-də Sumqayıt Kimya Sənaye Parkında olub.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, qonağa ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.

Daha sonra Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin fəaliyyəti ilə tanış olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir