Siyasət

Səfirlik: “Britaniya minalarla mübarizə sahəsində Azərbaycanla əməkdaşlıqda liderlik edir” – FOTO

Sharing is caring!


“Böyük Britaniya minalarla mübarizə sahəsində Azərbaycanla əməkdaşlıqda liderlik etməyə davam edir”.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfirliyi “Twitter” hesabında paylaşımında bildirib.

“Minalar heç bir fərq qoymadan həyatları təhlükə altına alır və müharibələr bitdikdən çox sonra da insanların evlərinə qayıtmasına mane olur. Böyük Britaniya və tərəfdaşlarımız geri qaytarılmış əraziləri yaşamaq üçün təhlükəsiz hala gətirməyə davam edəcək”, – səfirlik paylaşımında qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir